8 Sentyabr 17:06
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad şəhərində ümumi sahəsi 338 m² ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 258 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər (uşaq) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilib və onların köməyi ilə xəstəxanaya çatdırılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

15.48

Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.

Teleqraf.com xəbər verir ki, digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.

Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.

***

15.18

Cəlilabad rayonunda evdə yanğın başlayıb.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.

Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər