9 Sentyabr 09:31
287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda saxlanılan şəxsdən metamfetamin və heroin aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini Ayaz Akif oğlu saxlanılıb:

"Onun üzərindən güclü təsiredici xassəyə malik heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb. O, heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər