Xaçmaz sakinindən avtomat aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 3 ədəd patron və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Qeybullayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.