10:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın PSJ klubu futbolçusu Marko Asensionu icarəyə verib.

Teleqraf.com xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün qalan hissəsini İngiltərənin "Aston Villa" komandasında keçirəcək.

Qeyd edək ki, Marko Asensio Paris təmsilçisinin sıralarına 2023-cü ildə azad agent statusu ilə qoşulub. 29 yaşlı oyunçu cari mövsüm ərzində meydana çıxdığı 16 matçda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Onun PSJ ilə müqaviləsi 2026-cı ilə qədərdir.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər