08:59
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın strukturunda yeni departamentlər təsis olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş İnkişaf Strategiyasında bildirilir.

Yeni departamentlərə Strateji İnkişaf, danışılmış oyunlarla mübarizə (İntegrity), sosial və ətraf mühit dayanıqlığı adları veriləcək.

Strateji İnkişaf Departamenti uzunmüddətli inkişaf, yenilik və təşkilatın məqsədləri ilə uyğunluğunu təmin edəcək.

İnkişaf Strategiyasında danışılmış oyunlarla mübarizə (İntegrity), sosial və ətraf mühit dayanıqlığı departamentlərinin funksiyaları barədə ətraflı məlumat verilməyib.

Bundan başqa AFFA-nın strukturunda Tibbi Reabilitasiya departamentinin gücləndirilməsi və daha da genişləndirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər