09:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni araşdırma zamanı Arktikada buzun il boyu qaldığı yeganə yerin qlobal istiləşməyə görə əvvəllər proqnozlaşdırılandan daha tez yox olacağı üzə çıxıb. Bunun planetin bütün ekosistemi üçün mənfi nəticələri ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Science Alert” yazır.

Bura Qrenlandiyanın şimalında Kraliça Yelizaveta adaları və Kanada Arktik arxipelaqının yaxınlığında, Şimal Buzlu okeanında yerləşən sonuncu buz zonasıdır. Həmçinin bura buzun il boyu saxlandığı son yerdir. Tədqiqat bölgə və ondan asılı olan ekosistemin gözləniləndən daha tez yox olacağı iddiasını irəli sürüb.

Bu nəticəyə Kanadanın Makgill Universitetinin tədqiqatçıları gəliblər.

Kandalı alimlərin hesablamalarına əsasən, Şimal Buzlu okeanının mərkəzi hər il mövsümi olaraq buzdan təmizləndiyinə görə 2035-ci ilədək tam əriyə bilər.

Əvvəlki hesablamalar göstərirdi ki, daimi dəniz buzunun son qalıqları mövsümi buzsuz dövrlər adi hala çevrildikdən sonra bir neçə onilliklər qala bilər. Amma yeni proqnozlar mümkün son üçün zamanı daha da sürətləndirir.

Şimal qütbündə baş verənlər heyvanlar, xüsusən də qütb ayıları və suitilərin, hətta insanların həyatları üçün çox vacibdir. Dünyadakı bütün qütb ayılarının təxminən dörddə biri bu bölgə və ya yaxınlığında yaşayırlar. Həmçinin bölgə yerli xalqlar tərəfindən ov üçün istifadə olunur. İndi bu ərazilər açıq şəkildə böyük təhlükə altındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər