Futzal üzrə Azərbaycan milli komandası bu gün AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirəcək.
Teleqraf.com xəbər verir ki, V qrupda yer alan milli Bakıda Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
AVRO-2026
Əsas mərhələ, V tur
20:00. Azərbaycan - Yunanıstan
Bakı İdman Sarayı
Hakimlər: Telmen Undrax, (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Taymkiper: Ramil Namazov (Azərbaycan)
Hakim-inspektor: Stefan Tivold (Sloveniya)
UEFA nümayəndəsi: Assem Kujanova (Qazaxıstan)
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2026-nın əvvəlki seçmə oyunlarında Bakıda İsveçlə 3:3 hesablı heç-heçə edib və Zaqrebdə Xorvatiyaya böyük hesabla uduzub - 2:9. Yunanıstan isə səfərdə İsveçə qalib gəlib - 4:1.