08:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya polisi məşhur moda şəbəkəsindən dəyəri 1 milyon avrodan çox olan 84 minə yaxın geyim oğurlayan 11 nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Hadisəni törədən şəxslər Alikante şəhərində saxlanılıb. Onların bəziləri nəqliyyat şirkətində işləyirdi.

Polis "Zara" və "Lefties" mağazalarından olan geyimlərin küçə bazarlarında orijinal marka etiketləri ilə və bazar dəyərindən xeyli aşağı qiymətə satıldığını aşkar edib.

Ümumilikdə 83 min 900 ədəd geyim oğurlanıb.


Müəllif: Arzu

Oxşar xəbərlər