09:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Mançester Siti" klubu Portuqaliyanın "Portu" komandasından Niko Qonsalesi heyətinə qatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Şəhərlilər"in Qonsales üçün 60 milyon avro ödədiyi deyilir. 23 yaşlı ispaniyalı yarımmüdafiəçi yeni komandası ilə 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Niko Qonsales İspaniya "Barselona"sının yetirməsidir. O, 2023-cü ildən "Portu"da çıxış edir.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər