Türkiyənin "Qalatasaray" klubu danimarkalı futbolçusu Viktor Nelson mövsümü İtaliya “Roma”sında başa vuracaq.
Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-qırmızılar” 27 yaşlı müdafiəçini A seriyası təmsilçisinə icarəyə verib.
Müqaviləyə 12 milyon avroya satın alma variantı daxildir.
Qeyd edək ki, Nelson cari mövsüm İstanbul klubunda keçirdiyi 18 oyunda 1 sarı və 1 qırmızı vərəqə alıb.