Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında məğlub olan Argentina bir gəncin intiharına səbəb olub.
Belə ki, finalda Argentina Almaniyaya məğlub olduğu üçün Qırğızıstan vətəndaşı olan 21 yaşlı gənc özünü asaraq həyatına son qoyub.
İstintaq zamanı müəyyənləşib ki, o, Bişkekdəki bukmeyker idarələrinin birində, Argentinanın qalib gələcəyinə əmin olaraq, bütün var-dövlətinin ortaya qoyub.
Argentina yığması məğlub olunca isə, gənc evə qayıdaraq özünü asıb. Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır.
Xatırladaq ki, bir neçə gün öncə, Almaniya-Braziliya qarşılaşması zamanı vətəninin biabırçı məğlubiyyətindən sonra, yeniyetmə braziliyalı qız özünü yaşadığı evdə asaraq öldürmüşdü.
Ülviyyə