1 Noyabr 21:04
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin "Bodo-Glimt" klubunda çıxış edən rusiyalı qapıçı Nikita Xaykin Norveç vətəndaşı olmaq istədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "NRK" agentliyi məlumat yayıb.

“Mən bunu istəyirəm. Futbola görə yox, ailəmə görə. Nişanlım norveçlidir, mən bu ölkədə qalmaq istərdim. Mən norveçli olmaq istəyirəm, bura çox xoşuma gəlir”, - Xaykin deyib.

2021-ci ilin oktyabrında Xaykin ilk dəfə olaraq Kipr və Xorvatiya ilə matçlara hazırlaşacaq Rusiya millisinin genişləndirilmiş siyahısına daxil edilib. Amma onun Rusiya millisində heç bir oyunu olmayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər