Əmanətlərin Sığortalanması Fondu "Parabank" ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 34,1 milyon manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 9,9 milyon manat, "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilib.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 66,7 milyon manatdan artıq kompensasiya ödənilib. Həmçinin "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 1,2 milyon manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 629 min manatdan artıq kompensasiya ödənilib.
İki bank üzrə ümumilikdə 1,8 milyon manatdan artıq kompensasiya ödənilib. "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 895,5 min, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119,5 milyon manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə 144,3 milyon manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 212 milyon manatdan artıq kompensasiya ödənilib.