“Ötən illərlə müqayisədə Azərbaycandan ixracın 16,9%-i Rusiyanın payına düşür”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydı Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Rusiyanın Federal Gömrük Xidmətinin və Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş zamnı deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan üçün idxal sahəsində önəmli ölkələrdən biridir: “Uzun illərdir Rusiya Azərbaycan üçün əsas ixrac bazarıdır. Ölkəmizdən Rusiyaya ixrac etdiyi məhsullar sırasında meyvə-tərəvəz önəmli yer tutur. Azərbaycan Ukrayna və Qazaxıstana da meyvə-tərəvəz ixrac edir. Son bir ildə ölkəmizdən xaricə meyvə-tərəvəz ixracı 73 faiz artıb”.
Aydın Əliyev qeyd edib ki, Azərbaycanda quru meyvələrin hazırlanması üçün avadanlığa 150 milyon manat güzəştli kredit verilib. Ölkədən ixrac edilən bütün məhsullar yoxlanır. Yalnız ötən ilin əvvəlində 300 kq qədər Türkiyə pomidoru Rysiya sərhəddində saxlanılıb. Azərbaycan fındığı isə daha uzaq ölkələrə ixrac olunur”.
İlhamə Əbülfət