Bu ilin yanvar-mart aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 602 144,59 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 181 267,94 min dollar və ya 43% çoxdur.
"Report" bu barədə Dövlət gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabata əsasən, bu müddətdə həmin ölkələrə ixrac 51,4% artaraq 175 725,66 min dollar, Azərbaycana idxal isə 39,89% artaraq 426 418,93 min dollara çatıb. Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 61 919,64 min dollar və ya 32,8% artaraq 250 693,27 min dollar olub.
Qeyd edək ki, ölkə üzrə cəmi ixracın 6,74%-i, idxalın isə 28,19%-i məhz MDB ölkələri ilə həyata keçirilən əməliyyatların payına düşüb.