Bu gündən etibarən Türkiyədə enerji içkilərinin idman, təhsil müəssisələrində və xəstəxanalarda satışına qadağa qoyulacaq.
Teleqraf.com xəbər verir ki, bununla bağlı tələb Türkiyə Qida Kodeksində nəzərdə tutulub.
Eyni zamanda enerji içkilərinin 18 yaşdan aşağı uşaqlara satışı da qadağandır. Bu içkilərin tərkibilə bağlı yeni şərtlər hazırlanaraq istehsalçı müəsssisələrə təqdim olunacaq.
Tələbi pozanlar cəzalandırılacaqlar.