7 Aprel 2018 13:32
3 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim iqtisadiyyat hələlik bu və ya digər dərəcədə neftdən əldə edilən gəlirlərdən asılıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, nefti olan bir çox ölkələrdə vəziyyət oxşardır: “Amma unuduruq ki, bizim gəlir gətirəcək sərvətimiz təkcə neft-qaz deyil. Bunlar bir müddətlikdir. Daimi olan insan kapitalıdır. Bəlkə də ən ucuz başa gələn, amma yüksək gəlir əldə etməyin mümkün olduğu sahələrdən biri də idmandır. Diqqətimizi cəmləyib həyətə baxsaq, nə qədər uşağın top dalınca qaçıb futbol oynadığını görərik”.

Ekspert bildirib ki, Kristian Ronaldonun, Messinin, Neymarın və digər oyunçuların satış qiyməti heyrət doğurur: “Demirəm ki, onlar səviyyəsində, heç olmasa orta statistik Avropa ölkələri üçün futbolçu yetişdirmək lazımdır. Misirli Məhəmməd Salahı inanmıram ki, tanımayan olsun. Və ya Məsud Özili. Bu siyahını artırmaq olar.

Məktəblərdə futbol klubları yaratmaq lazımdır. Düşünürəm ki, yaxın zamanlarda biz neft ixracı ilə yanaşı, futbolçu ixracı ilə də məşğul olsaq, daha faydalı olar”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər