4 Avqust 2018 17:46
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi tərəfindən 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agetliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib ki, dəyişikliyə əsasən, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.


Müəllif: Səxavət