8 Sentyabr 2014 15:05
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sonuna qədər Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektroenergetika sahəsində qarşılıqlı nəqletmə ilə bağlı razılaşma imzalanacaq.

“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin IV qeyri-rəsmi dialoq görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan “Cənub qaz dəhlizi” ilə bağlı yeni konsepsiya hazırlayıb və həyata keçirir. Nazir əlavə edib ki, Azərbaycan “Trans-Anadolu” (TANAP) və “Trans-Adriatik” (TAP) qaz kəmərlərinin inşası və “Cənubi Qafqaz Qaz Kəməri”nin genişləndirilməsi layihələrini uğurla davam etdirir.


Müəllif:

Oxşar xəbərlər