Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Teleqraf.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,15 dollar bahalaşaraq 58,53 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,96 dollar artaraq 54,50 dollar təşkil edib.