5 Yanvar 2020 13:51
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4,8 milyard manat investisiya yatırılıb, bu isə 2018-ci ilin analoji dövrü (5,3 milyard manat) ilə müqayisədə 10,41 faiz daha azdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə ən çox investisiya sentyabr ayında qeydə alınıb - 537,9 milyon manat, ən az isə fevralda - 358,9 milyon manat.

Qeyd edək ki, 2018-ci ildə neft və qaz sektoruna demək olar ki, 6 milyard manat investisiya yatırılıb.


Müəllif: Teleqraf.com