11 Sentyabr 2020 18:27
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi Şuranın yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir. Şura pandemiya və xarici şokların təsirlərinin minimumlaşdırılması məqsədi ilə formalaşmayıb. O, fərqli sektorlarda qiymətləndirmənin aparılması, bu istiqamətdə proqram və layihələrin həyata keçirilməsini təmin edəcək.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, İqtisadi Şura investisiya mühitinin yaxşılaşdıdrılması ilə bağlı təkliflər paketi hazırlayacaq.

İqtisadçı həmçinin xarici sərmayələrin cəlb edilməsi üçün mövcud imkanların genişləndirilməsi baxımından Şuranın faəliyyətinə diqqət çəkib.

O qeyd edib ki, ölkədə biznesin dəstəklənməsi baxımından çox bu addım vacibdir: “Paralel olaraq Şura tərəfindən sektorlardakı mövcud vəziyyətin qiymətləndirilməsi, həm də təkliflərin hazırlanması önəmli amildir. Çünki mövcud reallıq qiymətləndirildikdən sonra real təkliflərin hazırlanması və həyata keçirilməsi mümkün olacaq. Ona görə də bu, olduqca pozitiv bir yanaşma kimi dəyərləndirilir. Eyni zamanda İqtisadi Şura ildə iki dəfə ölkə Prezidentinə hesabat verəcək. Sözsüz ki, bu, yeni qurumun məsuliyyətinin, səmərəliliyinin yüksəldilməsi baxımından vacibdir”.

Vüqar Bayramov bildirib ki, İqtisadi Şuranın fəaliyyətinin birbaşa ölkə Prezidentinin nəzarətində olacağı mühüm vəzifədir: “Bu da təbii ki, İqtisadi Şuranın fəaliyyətinin iqtisadi dayanıqlılığa pozitiv yanaşmasından xəbər verir”.


Müəllif: Tapdıq Qurbanlı