12 Sentyabr 2020 17:20
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısamüddətli xam neft hasilatının göstəricisi kimi qəbul edilən aktiv neft qazma qurğularının sayı bu həftə 1 ədəd azalıb.

Teleqraf.com xəbər verir ki, məlumat neft sənayesi xidmətləri şirkəti “Baker Hughes”un həftəlik hesabatında qeyd olunub.

Bildirilir ki, ABŞ-dakı neft platformalarının sayı 5-11 sentyabr həftəsində əvvəlki həftəyə nisbətən 1 ədəd azalaraq 180-ə düşüb.

Bu nəticə ilə ölkədə son 1 ildə neft qazma qurğularının sayı ümumilikdə 553 azalıb.

Qeyd edək ki, cümə günü Brent neftinin barel qiyməti 39.80 dollardan, ABŞ xam neftinin West Texas (WTI) barel qiyməti isə 37.38 dollardan bağlanıb.


Müəllif: Yeganə Oqtayqızı