2021-ci ilin fevral ayında xarici vətəndaşların bank kartı vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ında qeyd olunur ki, qeyd olunan müddətdə əcnəbilər bank kartları vasitəsi ilə 25,5 milyon manat həcmində əməliyyat aparıblar.
2021-ci ilin yanvar-fevral aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 50,5 milyon manatlıq əməliyyat aparıblar.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Qeyd olunub ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk aylarında da davam edib.