Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ayı ərzində valyuta hərraclarında 509,9 milyon ABŞ dolları məbləğində vəsait satıb. Bu, ötən ilin aprel ayına nisbətən 4 faiz azdır.
Bu barədə Teleqraf.com-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Cari ilin yanvar-aprel aylarında ARDNF 1 milyard 989,8 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır.
Qeyd edək ki, Neft Fondu mart ayındakı valyuta hərraclarında 397,7 milyon dollar satmışdı.
ARDNF keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.