6 Avqust 2022 13:27
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal ərzaq qiymətləri ardıcıl dörd aydır ki, ucuzlaşıb. İyulda ərzaq qiymətləri indeksi 13,3 bənd və ya 8,6 faiz azalaraq 140,9 bənd təşkil edib.

Teleqraf.com xəbər verir ki, məlumatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.

Bununla belə, indeks əvvəlki ilin eyni ayına nisbətən 16,4 bənd və ya 13,1 faiz yüksək olaraq qalıb.

Taxılın qiymət indeksi 11,5 faiz azalaraq 147,3 bənd olduğu halda, yağın qiymət indeksi 19,2 faiz azalaraq 171,1 bənd olub.

Süd, ət və şəkər indeksləri də aşağı düşüb. Südün qiymətləri 2,5 faiz azalarkən, ətin qiymətində azalma 0,5 faiz səviyyəsində qalıb. Şəkər qiymətləri isə 3,8 faiz ucuzlaşıb.


Müəllif: Yeganə Oqtayqızı