Kremlin sözçüsü Dmitri Peskov Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin 1 bareli üçün 60 dollar tavan qiymət tətbiq etməsinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Dmitri Peskov Qərb ölkələrinin Rusiya nefti üçün tavan qiymət tətbiqinə cavab olaraq qərarın hazırlandığın deyib:
“Aydındır ki, heç bir tavan qiymətini tanımayacağıq. Rusiya iqtisadiyyatı xüsusi hərbi əməliyyatın bütün tələblərinə cavab vermək gücünə malikdir. Lakin bu addımlar qlobal enerji bazarında sabitliyin pozulması baxımından mütləq təsir göstərəcək".