İyunun 22-də prezident seçkisindən sonra Türkiyə Mərkəzi Bankı Pul Siyasəti Komitəsinin ilk iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Türkiyədə yeni iqtisadiyyat administrasiyasının ilk faiz qərarının cümə axşamı günü verəcəyi gözlənilir.
Ən maraqlı məqam isə yeni iqtisadiyyat administrasiyasının faiz siyasətini necə həyata keçirəcəyidir.
İqtisadçılar Mərkəzi Bankdan sərt addım gözləyirlər.
“AA Finans”ın 18 iqtisadçı ilə reallaşdırdığı Pul Siyasəti Komitəsinin (MPC) iclası üçün gözlənti sorğusunun nəticələrini açıqlayıb.
Anketin nəticələrinə görə, iqtisadçılar gələn həftə açıqlanacaq qərarla nisbətin 1075 bənd artırılaraq 19,25 faizə yüksələcəyini gözləyirlər. İqtisadçıların ilin sonuna faiz proqnozu 25 faizdir.
Qeyd edək ki, Türkiyədə seçkilərdən sonra kabinetdə dəyişiklik edən Prezident Ərdoğan Xəzinə və Maliyyə Naziri vəzifəsinə Mehmet Şimşəki, Mərkəzi Bankın sədri vəzifəsinə Hafize Qaye Erkanı təyin edib.