20 İyun 2023 18:59
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1.5 dəfə artaraq 713 min nəfərə çatıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, gələnlərin 65.7 faizi qonşu ölkələrin vətəndaşlarıdır: “Turistlərin 32,4 faizi Rusiya, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstandan ölkəmizə səfər ediblər.

Həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 2,0 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8 faiz, Pakistandan - 43,0 faiz, Gürcüstandan - 41,7 faiz, Türkiyədən - 22,5 faiz, Omandan - 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 14,7 faiz artıb”.

Deputat turistlərin istifadə etdiyi marşrutlara da diqqət çəkib: “Maraqlı məqamlardan biri turistlərin 31,9 faizinin dəmir yolu və avtomobil, 66,6 faizinin hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etməsidir Bu o deməkdir ki, ölkəmizə gələn hər üç turistdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlamasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı.

Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu, ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadə baxımdan da əhəmiyyətlidir”.


Müəllif: Yeganə Oqtayqızı