SOCAR “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşü Salyan rayonunda keçirəcək.
Teleqraf.com “Azəriqaz”a istinadla xəbər verir ki, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyanda görüş təşkil olunacaq.
Aksiya Təzəkənd ərazisində qaz paylayıcı stansiyasının (QPS) qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 3-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.