16 Noyabr 2023 21:46
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brent” markalı neftin bir barelinin yanvar fyuçerslərinin qiyməti iyulun 11-dən bəri ilk dəfə 78 ABŞ dollarından aşağı düşüb.

Teleqraf.com xəbər verir ki, bunu ICE birjasındakı ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 19:13-ə olan məlumata görə, müqavilənin qiyməti 77,98 dollara düşüb. Bakı vaxtı ilə saat 19:20-də neft qiymətləri yenidən 78,2 dollara qalxıb. Bu zaman kəsiyində “Nymex” birjasında WTI markalı neftin bir barreli 73,81 dollara qədər düşüb.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədə neft ehtiyatları 3,6 milyon bareldən çox artaraq analitiklərin gözləntilərini üstələyib. Hasilat gündəlik 13,2 milyon barel olmaqla rekord səviyyədə qalır. Bu, bazarda izafi neft olması ilə bağlı fikirlərə səbəb olub və qiymət düşüb.


Müəllif: Teleqraf.com