Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 milyard 309,118 milyon manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 4,6 dəfə çoxdur.
Əqdlərin sayı isə 2 min 260 ədəd artaraq 3 min 189 ədəd olub.
BFB-nin dövriyyəsinin önəmli hissəsi - 9 milyard 868 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 6 dəfə çoxdur.