11:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi məqsədilə Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə (Global Financial Innovation Network) müşahidəçi qismində üzv olub.

Teleqraf.com xəbər verir ki, Mərkəzi Bank üzvlük çərçivəsində Şəbəkənin təşəbbüslərində iştirak edə, eləcə də aparıcı qlobal tənzimləyicilər və innovatorlarla əməkdaşlıq qura biləcək.

“Beləliklə də, Mərkəzi Bank əldə olunacaq təcrübə ilə maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin maliyyə bazarlarının dayanıqlılığının artırılmasını töhfə verəcək", - deyə Mərkəzi Bankın açıqlamasında deyilir.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər