15 Aprel 2015 18:20
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin aşağı qiymətləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlərinə cüzi təsir edib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda "Caspian European Club"un iclasında deyib.

Onun sözlərinə görə, bu, SOCAR-ın öz neftinin böyük hissəsini daxili bazara göndərməsi ilə izah edilir: "Hasil edilən neftin 72 faizini daxili bazara göndəririk, 28 faizi isə ixrac edilir. Daxili bazarda tələbatı qarşılamaq üçün neft əsasən emala göndərilir. Azərbaycanda neft və qaz qiymətləri dövlət tərəfindən tənzimlənir".

Qeyd edək ki, ötən il şirkətin gəlirləri 40 milyard manat, mənfəəti isə 1,1 milyard manat olub.


Müəllif:

Oxşar xəbərlər