10 İyun 2015 20:38
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi ilk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.

Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları yarışlarının keçiriləcəyi 18 arena və onların ətrafindakı təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb. Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları yarışlarının keçiriləcəyi arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.

Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.


Müəllif: