Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar artaraq 44,83 dollar təşkil edib.
Teleqraf.com-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,34 dollar artaraq 48,09 dollar olub.