Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu barədə Londonda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirilib.
Teleqraf.com-un məlumatına görə, iclasda çıxış edən Britaniyanın Ticarət və İnvestisiya Departamentinin rəsmisi xanım Sue Vitbread qeyd edib ki, 2015-ci ilin oktyabrında Bakıda Böyük Britaniya-Azərbaycan Əməkdaşlıq Forumu keçirilib. Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə bu ilin aprelində Britaniyanın neft-qaz maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycana səfəri planlaşdırılır.
İclasa həmsədrlik edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev nümayəndə heyətinə iqtisadiyyatın digər sahələri üzrə fəaliyyət göstərən iş adamlarının da cəlb olunmasını təklif edib, Britaniya tərəfi təklifi razılıqla qarşılayıb.
Naibə QURBANOVA