5 Mart 2016 17:34
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 1975-ci ildən bəri tətbiq edilən neft ixracı ilə bağlı qadağanın keçən ilin dekabrında ləğv olunmasından sonra xam neft ehtiyatları ölkənin tarixində ən rekord həddə çatıb.

40 il fasilədən sonra Avropaya ilk neft ixracının reallaşdırılmasından sonra ABŞ-ın Enerji İnformasiya İdarəsi ölkənin xam neft ehtiyatının 518 milyon barrelədək artdığını açıqlayıb. Qarşıdakı həftələrdə xam nefti daşıyan daha 3 tankerin ABŞ-dan yola salınacağı bildirilir.

Qeyd edək ki, neft ixracına dair qadağa ləğv edildikdən sonra ABŞ-dan “American Freedom” adlı yük gəmisi ilə Avropaya ilk neft Texasdan yola çıxaraq Fransanın Marsel şəhərinə çatmışdı.


Müəllif: