Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,75 dollar ucuzlaşaraq 37,85 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar bahalaşaraq 39,61 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,15 dollar bahalaşaraq 41,41 dollar təşkil edib.