Rusiyanın energetika naziri Aleksandr Novak neft hasil edən ölkələrin və OPEK üzvlərinin Doha sammiti ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Aleksandr Novak bildirib ki, Doha sammitində razılıq əldə olunmamasından Rusiya üzgündür, ancaq onun ölkəsi neft hasilatının qlobal dondurulması mövzusunda qapıları bağlamaq fikrində deyil: "Hesab edirik ki, mövzunu qapamaq lazım deyil, əlavə məsləhətləşmələr üçün imkanlar qalır".
Novak Doha görüşü başlayan gün irəli sürülən şərtləri "sürpriz" adlanırıb: "Yeni şərtlərlə bağlı biz 13 saat gərgin müzakirələr apardıq. Bu müzakirələr çərçivəsində qərara alındı ki, OPEK tərəfindən irəli sürülmüş şərtlər hamını razı salardı, ancaq ona nail olunmadı... və qərara gəldik ki, görüşə qatılmayan ölkələrlə əlavə məsləhətləşləşmələr aparaq.
Bu məsləhətləşmələr iyunda keçirilən OPEK sammitinə qədər davam edəcək. Ümumi razılıq əldə olunarsa, biz OPEK-ə daxil olmayan ölkələrin, o cümlədən Rusiyanın növbəti sammitə qatılmasına tərəfadarıq".
Nazir Doha görüşünün uğursuz yekunlaşmasında İranı günahkar bilməyib: "Görüşə qatılmayan ölkəni görüşün razılaşmasız bitməsində necə günahlandırmaq olar?"
Aprelin 17-də Dohada OPEK üzvü və neft hasilatçısı olan ölkələr arasında hasilatın dondurulması ilə bağlı müzakirələr Səudiyyə Ərəbistanının bu razılaşmaya İranın da qoşulmasını tələb etməsi səbəbindən nəticəsiz bitib.
Mahir