2 Sentyabr 2014 21:56
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nokia"nın xəritə proqramı Here xidmətindən Samsung smartfon telefonları və smartfon saatlarında da yararlanmaq olacaq. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Nokia"nın yenilənmiş xəritə xidməti olan Here digər xəritə proqramlar kimi navigasiyon xidməti göstərir. Bununla yanaşı Hereni digər xəritə proqramlarından ayıran xüsusiyyətlər də var.

Here getdiyiniz yaxud ziyarət etmək istədiyiniz yerləri paylaşa bilir. Herenin ən böyük xüsusiyyəti isə internet bağlantısı olmadan da işləməsidir. İnternetsiz istifadə etmək istədikdə axtardığınız şəhərin xəritələrini əvvəlcədən endirsəniz heç bir internet bağlantısı lazım olmayacaq.

Here artıq "Samsung Galaxy" smartfon telefonlarında və "Samsung"un "Galaxy Gear S" smartfon saatlarında olacaq.

Fidan


Müəllif: