“Əvvəllər incəsənəti əsl peşəkarlar, musiqini, ifaçılığı anlayanlar idarə edirdilər. Ona görə də sənətdə iddiaçılıq nümunələri artırdı ki, azalmırdı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə əməkdar artist Aybəniz Haşımova yazıb. O, ad çəkmədən ona pislik edən və sənətdən uzaqlaşdırmağa çalışanlara ismarış göndərib: “İndi musiqidə yanlarındakı səssiz sülöysünləri ortaya salmaq üçün monopoliyalar yaradıblar. Sənin adından lazım olan ünvanlara yalandan söz çatdırırlar. Səni gözdən salmaq üçün min dona girirlər. Yalanlarını deməmək üçün aid olduğun yerlərdən uzaqlaşdırırlar ki, birdən üzləşmə nəticəsində bütün yalanları üzə çıxa bilər. Ey sülöysünlər briqadasının baş sülöysünü, bir gün əfi ilanın caynağına keçərsən!”.
Aylin