Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslərin yeni siyahısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, siyahıda əməkdar artist Abbas Bağırovun da adı yer alıb.
Qeyd edək ki, bir müddət əvvəl A.Bağırov ona 30 min manat vergi borcu yazıldığını bildirmişdi. İfaçı demişdi ki, bu məbləğ səhvdir və onu ödəməyi düşünmür.
***
Vergilər Nazirliyi vergi borcuna görə müğənni Abbas Bağırovun ölkədən çıxışına qadağa qoyub.
Müğənni məsələylə bağlı Teleqraf.com-a açıqlama verib: “Narahatlığa səbəb yoxdur. Azərbaycandayam və yaxın 100 ildə bu ölkədən heç yerə gedən deyiləm. Cənab prezidentimiz mənə fəxri ad verib. Xalqımızın sevgisini heç vaxt itirmərəm. Gələcəkdə Azərbaycanımız naminə uğurlarımız bol olsun”.
Rəqsanə