1 İyul 2014 12:21
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevinc Musayeva bir müddətdir gizli saxladığı layihəsini tamamlayıb.

Teleqraf.com xəbər verir ki, 2 aydır Ukraynanın məşhur şirkətlərindən biri ilə əməkdaşlığa başlayan ifaçı ukraynalı bəstəkarın “Yay” mahnısını oxuyub. Mahnı Ukraynada aranjeman olunub, studiya işləri də orda həyata keçirilib. Mahnının sözləri rus dilində olsa da, ora “Bak”ı sözü əlavə olunub. Müğənni Azərbaycan dinləyiciləri üçün mahnını öz dilimizdə də ifa edəcək.

Sevinc mahnını bu dəfə fərqli formada, dəniz kənarındakı yeni fotosessiyası ilə təqdim edib. Mahnı artıq “Youtube” kanalı və KİV vasitəsilə dinləyicilərin ixtiyarına verilir.

Müğənninin Ukrayna musiqi aləmi ilə əlaqələndiricisinin bizim yerli məşhurlardan biri olduğu deyilsə də, onun kimliyi sirr saxlanılır. Mahnının Ukraynada da tanıdılması üçün işlər görüləcək. Müğənni bu mahnının sadəcə, başlanğıc olduğunu və uğurlu olarsa, Ukrayna ilə layihələrin davam etdiriləcəyini bildirib. Layihənin müəllifi və məbləği də açıqlanmır.

Aysel Şirinzadə


Müəllif:

Oxşar xəbərlər