Müğənni Lətifə Soyuözə tükiyəli həyat yoldaşı brilyant üzük bağışlayıb
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, cütlük ailə qurmalarının 5-ci ildönümünü qeyd edib:
“Ailə qurmağımızın beş ili tamam oldu. Həmin günü Dənizlə birlikdə evimizdə keçirdik. Mənə brilyant üzük almışdı. Mən isə ona sevdiyi ətri hədiyyə etdim”.
Lətifə son zamanlar yaradıcılığından uzaqlaşmağından da danışıb:
“Təqdimatdan sonra səhhətimdə problemlər yaranıb. Həkim nəzarətindəyəm, müalicə alıram. Məndə güclü halsızlıq yaranıb. Bütün efirlərdən imtina edirəm. Evdən çıxmağa halım olmur”.