21 Noyabr 2016 11:23
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müğənni ilə statusuna görə işləyirəm. Onun sənəti yoxdursa pulu olsa belə, yanında olmaram”.

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Prodüser bildirib ki, bir çox qız ifaçılar ona işbirliyi təklif edib: “Onların “daydayıları” ola bilər. Amma mənim adım Aygün Kazımova, Röya Ayxanla hallanıb. Onun yox, mənim adım o müğənniyə kömək edəcəksə, niyə onla çalışım? Ondansa tanınmamış birini götürüb müğənni edərəm. Röyanın vaxtında çox pul qazanmamışam. Röya 3 min verib mənə maşın aldı, evimin kirayəsini ödəyirdi. Röya ilə faizə çalışmırdım. Aygün Kazımova və Eltonla (müğənni Elton Hüseynəliyev – red.) faizlə işləmişəm. Mən Aygün xanımla və Eltonla çalışanda, yaxşı pul qazanmışam”.


Müəllif:

Oxşar xəbərlər