12 Yanvar 2017 13:29
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-də yayımlanan “Tanıdım səni” verilişində münsif olan Teymur Əmrah efir etikasına zidd olan ifadələr işlədib.

Gülyanaq Məmmədova Anar adlı iştirakçıya səs verən zaman Teymur Əmrah “Gülyanaq xanımın ana olmasına az qalıb, onu sancı bürüyüb” deyib. Bu ifadə izləyicilər tərəfindən xoş qarşılanmayıb.

Gülyanaq Məmədova Teleqraf.com-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Teymurun sözlərini zarafatla qəbul etdim, amma o kadrı gərək efirə verməyəydilər. Övlad dünyaya gətirmək eyib deyil. Bütün olmayanlara arzu edirəm. Bu sevinc ailəmə məxsusdur. Xalqa sənətimlə, səsimlə reklam ola bilərəm. Teymur ciddi adamdır, savadlı müəllimdir. Ömüründə bir dəfə zarafat edib, pis qəbul etmirəm. Bizim ailəvi gediş-gəlişimiz var. Onun səsinə də, mədəniyyətinə də böyük hörmətim var”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər