19 İyul 2014 11:21
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada hər il olduğu kimi ənənəvi olaraq musiqi festivalı keçirilir.



Alınan məlumata görə, gecənin xüsisi qonağı olaraq bu dəfə dünya ulduzu Elton Con səhnəyə çıxıb. Bir birinin ardınca sevilən mahnılarını səsləndirən, pianoda ifa edən Con pərəstişkarlarına maraqlı açıqlamalar da verib: "Şou və musiqinin sonu gəldi. Təqaüdə çıxıram. Artıq 3-cü dəfədir ki, səhnədən uzaqlaşmaq istəyirəm. Bundan sonra vaxtımı həyat yoldaşım, iki oğlum Zakari və İlay ilə keçirmək istəyirəm"-deyərək hər kəsi şoka salıb.

Konsertin sonunda jurnalistlərin suallarını cavablandırmayan ifaçı daha da çox maraq oyadıb. Elton Conun meneceri ilə əlaqə quran müxbirlər onun sözlərini belə çatdırıblar: "67 yaşlı ulduz sizinlə zarafat edib. İfaçının Avropa və Amerikada keçiriləcək konsertləri planlaşdırılıb. Elton sevənləri ilə zarafat etməyi sevir".

/ans press/


Müəllif:

Oxşar xəbərlər