Teleqraf.com xəbər verir ki, model qüsursuz görkəmi ilə bird aha türk mediasının diqqətini çəkib.
Media mənsublarının suallarını cavablandıran Nigar Bodrumdan İstanbula diş həkimi üçün qayıtdığını bildirib: "Uşaqlarım ordadır, işlərimi bitirib dərhal geri dönəcəm. Onlardan ayrılmaq istəmirəm. Həyatım övladlarımdan ibarətdir.”
Məşhur model son fikri ilə medianı təəccübləndirməyi də bacarıb: “Onları bağçaya, ya da məktəbə göndərmək əvəzinə özüm təhsil vermək istəyirəm!”
Nigar Talıbova hazırda həyat yoldaşı Ekim Alptekindən olan üç uşağı ilə birgə Türkiyədə yaşayır.