10 Oktyabr 2018 10:14
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Əliyeva üçün başlanan yardım marafonu başa çatıb.

Teleqraf.com-un məlumatına görə, “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev “Toppuş bacı”nın evinin krediti üçün lazım olan 60 min manatın dünən toplandığını bildirib.

Aktrisa bununla bağlı təəssüratını da bölüşüb: "Başda Zaur olmaqla, hər kəsə təşəkkür edirəm. Xoşbəxtliyimi yaşayaıram. Kəndimizdə təmiz hava alıb, güclü, qüvvətli, sağlam Tünzalə qarşınıza bir də gələcək.

Mənə kömək edən hər kəsə, sənət dostlarıma bir-bir təşəkkür edirəm. Evi olmayanlara Allah ev, övladı olmayanlara övlad qismət eləsin”.

Qeyd edək ki, aktrisa verilişə qatılaraq bildirmişdi ki, səhhəti ilə əlaqədar evinin kreditini ödəyə bilmir.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər